Türkiyədə zəlzələ 9 dəqiqədən çox davam edib

Hazırda oxunan: Türkiyədə zəlzələ 9 dəqiqədən çox davam edib

118723

“Türkiyədə baş verən zəlzələnin episentri Kahramanmaraşda olub”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, zəlzələ 9 dəqiqədən çox davam edib: 

“Muradlı ərazisində başlayandan sonra İslamiyyədə davam edib. 8-15 kilometr dərinlikdə baş verib. Ona görə də zəlzələdə 1760-dan çox bina dağılıb”.
Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var. 1700-dən çox bina dağılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin