Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Kahramanmaraş şəhərində güclü zəlzələ olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman və Şanlıurfa da daxil olmaqla bir çox şəhərində hiss olunub.
Bizim.Media xəbər verir ki, Telegram kanallarında Şanlıurfada dəhşətli zəlzələnin başvermə anı qeydə alınıb.
Qeyd edək ki, zəlzələdən sonra da şəhərdə yaşayış binaları dağılıb.
Bizim.Media