Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub. Adıyamanda çoxlu binanın dağıldığı bildirilib.
Bizim.Media xəbər verir ki, Kahramanmaraşın səlzələdən sonra qan donduran görüntüləri yayılıb.
Xatırladaq ki, yeraltı təkanlar nəticəsində ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.
Bizim.Media