Türkiyənin Adana şəhərində zəlzələnin dağıntıları altında qalan insanların kömək istəmələri ilə bağlı görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, ofisdə dağılan binanın dağıntıları altında qalan 3 nəfər yardım istəyir.
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ olub. Zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 yaralı var. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bizim.Media