Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın cənub bürosuna verilən məlumata görə, fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini Eynulla Əhmədovun idarə etdiyi "MAZ" markalı avtomobillə qarşıdan gələn "Ford" markalı avtomobil toqquşub.
Nəticədə "Ford" markalı avtomibilin sürücüsü İlkin Quliyev xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin Nizami Məmmədov isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media