ABŞ daha əvvəl Amerika hava məkanına daxil olmuş Çin hava şarını vurub.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Qeyd edilib ki, hazırda təyyarənin qalıqlarının toplanması istiqamətində əməliyyat aparılır.
Qeyd edək ki, 2 gün öncə Çinə məxsus olduğu təsbit edilən aerostat (hava şarı) ABŞ səmasına daxil olub. Çin Xarici İşlər Nazirliyinin bəyanatında ABŞ səmasında görünən şarın külək səbəbindən marşrutunu ciddi şəkildə dəyişdiyini açıqlayıb.
Bizim.Media