Rus ulduzlarına dünyanın ikinci ən böyük ölkəsinə giriş QADAĞAN EDİLDİ - SİYAHI 

Hazırda oxunan: Rus ulduzlarına dünyanın ikinci ən böyük ölkəsinə giriş QADAĞAN EDİLDİ - SİYAHI 

118506

Ötən gün Kanada 16 Rusiya təşkilatına və hökumət rəsmilərinin iddiasına əsasən "Rusiya dezinformasiya və təbliğatının yayılmasında iştirak edən" 38 şəxsə sanksiya tətbiq edib.  

Bizim.Media xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, onların arasında müğənni Nikolay Baskov, "PMC Wagner" ilə əlaqəli resurslar və Rusiya dövlət media qurumunun “Rossiya Seqodnya” var.  

Bundan əlavə, media qurumunun baş redaktorunun müavini Dmitri Qornostayev, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Sergey Brilev və müharibə müxbiri Yevgeni Poddubnı da sanksiyalara məruz qalıb.  

Siyahının “bədii” hissəsində Baskovdan başqa Rusiyanın məşhur və populyar ulduzları Mixail Boyarski, Marat Başarov, Dima Bilan, Nikolay Rastorquev, Oleq Qazmanov, Aleksandr Marşal, Polina Qaqarina, Nadejda Babkina, Aleksandr Buynov, Dana Borisova, İrina Alleqrova, Maksim Averin, İqor Butman, Larisa Dolina, Dmitri Dyujev, Viktoriya Daineko, Mixail Qalustyan da var. 
Xatırladaq ki, Ukraynanın ən fəal beynəlxalq dəstəkçilərindən biri olan Kanada 2014-cü ildən bəri Rusiya, Ukrayna və Belarusdan 4 minə yaxın insan və təşkilata qarşı sanksiya tətbiq edib.  

Qeyd edək ki, dekabrın sonunda Avropa İttifaqı tərəfindən doqquzuncu sanksiya siyahısı dərc edilib: ona rejissor Nikita Mixalkov, müğənni Qriqori Leps və digər sənət adamları daxil edilib.  

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin