Cüdoçumuz “Böyük Dəbilqə” turnirində qızıl medal qazandı - FOTO

Hazırda oxunan: Cüdoçumuz “Böyük Dəbilqə” turnirində qızıl medal qazandı - FOTO

118486

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.  

Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edərək finala çıxıb.  

Finalda onun rəqibi Fransa cüdoçusu Sedrik Revol olub. Millimizin üzvü rəqibinə qalib gələrək “Böyük Dəbilqə”ni qızıl medalla başa vurub.  

Bu gün tatamiyə çıxan digər cüdoçularımızdan 66 kq-dakı Yaşar Nəcəfov 1/16 finalda An Cehonqa (Cənubi Koreya), 73 kq-dakı Nurlan Osmanov eyni raundda Redouane Messaoud Drisə (Əlcəzair) uduzub.  
Qeyd edək ki, “Böyük Dəbilqə” turnirinə fevralın 5-də yekun vurulacaq. 








Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin