2022-ci il ərzində Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytı olan binegedi-ih.gov.az saytı ən çox müraciət edilən dövlət orqanı saytı olub.
Bu barədə Bizim.Media Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən bildirir.
Adıçəkilən Mərkəz saytlarla bağlı bu statistikanı həm toplam giriş sayına görə, həm də unikal giriş sayına görə açıqlayıb.
Hər iki kateqoriya üzrə ümumilikdə 5 rayon icra hakimiyyəti müəyyən edilib.
Toplam giriş sayına görə 2-ci yerdə Qazax rayon İcra Hakimiyyətinin qazax-ih.gov.az, 3-cü sırada Sabunçu rayon İcra Hakimiyyətinin sabunchu-ih.gov.az, 4-cü pillədə Salyan rayon İcra
Hakimiyyətinin salyan-ih.gov.az və sonuncu yerdə isə Qəbələ rayon İcra Hakimiyyətinin qebele-ih.gov.az saytı qərarlaşıb.
Unikal giriş sayına görə saytların sıralamasına gəlincə isə burada 2-ci pillədə Qəbələ rayon İcra Hakimiyyətinin qebele-ih.gov.az, 3-cü yerdə Sabunçu rayon İcra Hakimiyyətinin sabunchu-ih.gov.az, 4-cü pillədə Qazax rayon İcra Hakimiyyətinin qazax-ih.gov.az və sonuncu yerdə isə Şəki rayon İcra Hakimiyyətinin sheki-ih.gov.az saytı yer alıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:09 / 04.02.2023
Bu rayonların icra hakimiyyəti saytlarına ötən il daha çox müraciət edilib
Hazırda oxunan: Bu rayonların icra hakimiyyəti saytlarına ötən il daha çox müraciət edilib
Hazırda oxunan: Bu rayonların icra hakimiyyəti saytlarına ötən il daha çox müraciət edilib
118461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.