Rayonun ucqar Qaysa kəndində rayon rəhbərliyi ilə görüşdə hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, Rayon icra hakimiyyətinin rəhbərliyi sakinlərlə görüşdə ötən il ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan danışıb, Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib.
Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri kənd sakinlərinin məşğulluğundan, qarşılaşdıqları problemlərdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
Ramazan Umudov “Qaratala” oba adlanan ərazidə yağış sularının kanala axıdılması üçün su keçidinin qoyulmasına, Ayşə Herayeva kəndə əlavə marşrut xəttinin açılmasına, Məhəmməd Nixaçov “Başrabqırma oba” adlanan ərazisində işıq dirəklərinin təmir olunmasına, Namiq Cirinqov isə Meşə Təsərrüfatı İdarəsinin istifadəsində olan torpaq sahələrinin sərhədlərinin müəyyən olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 04.02.2023
Rəsmilər Balakən sakinlərinin problemlərini dinlədilər - FOTO
Hazırda oxunan: Rəsmilər Balakən sakinlərinin problemlərini dinlədilər - FOTO
Hazırda oxunan: Rəsmilər Balakən sakinlərinin problemlərini dinlədilər - FOTO
118414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.