Ruslar Krımdan QAÇIR

Hazırda oxunan: Ruslar Krımdan QAÇIR

118393

Rusiya vətəndaşları kütləvi olaraq Krımdan köç edir.

Bizim.Media xəbər verir ki, bu barədə Çexiyanın “İrozhlas” nəşri məlumat yayıb.

Nəşrin araşdırmasına görə, 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasında evlərin satışında ciddi artım müşahidə olunur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə satışa çıxarılan daşınmaz əmlakların sayında 2 dəfədən çox artım var. Lakin həmin obyektləri almağa maraq göstərənlərin sayı olduqca azdır.

Nəşr daşınmaz əmlak bazarındakı fəallığın rusların Krımdan kütləvi qaçışı ilə bağlı olduğunu qeyd edib.

Krımla yanaşı Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod əyalətində də oxşar durumun hökm sürdüyü vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin