Siyarto: “Ən real ssenari Mərkəzi Avropaya çatdırılacaq Azərbaycan qazının hasilatını artırmaqdır”

Hazırda oxunan: Siyarto: “Ən real ssenari Mərkəzi Avropaya çatdırılacaq Azərbaycan qazının hasilatını artırmaqdır”

118261

“Diversifikasiyanın sadəcə xəyal olaraq qalmamağı üçün Avropa Komissiyası da öz tapşırıqlarını yerinə yetirməlidir, Cənub-Şərqi Avropada lazımi infrastrukturun inkişafına dəstək verməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı zamanı deyib.

“Bizim nöqteyi-nəzərimizdən, ən real ssenari Avropanın mərkəzi hissəsinə çatdırılacaq Azərbaycan qazının hasilatını artırmaqdır”, - deyən nazir bu həftə Macarıstan və Azərbaycan arasında təbii qaz üzrə anlaşma memorandumunun imzalandığını xatırladıb.

Eyni zamanda, Siyarto qeyd edib ki, bunun müəyyən ilkin infrastruktur şərtləri var: 

“Trans-Anadolu qaz boru kəmərinin ötürmə qabiliyyətinin artırılması yaxşı xəbər olsa da, Cənub-Şərqi Avropada da mühüm şəbəkə inkişafı proqramları həyata keçirilməlidir. Buna görə də Macarıstan, Bolqarıstan, Rumıniya və Slovakiya Avropa Komissiyasına müraciət edib ki, məsələyə prioritet kimi yanaşılsın və Mərkəzi Avropa regionunun enerji təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan tədbirlər dəstəklənsin. 
Əgər Avropa İttifaqı diversifikasiyadan təkcə siyasi kommunikasiya vasitəsi kimi istifadə etmirsə, o zaman Brüsselin Cənub-Şərqi Avropada lazımi infrastruktur inkişaflarını hərəkətə keçirməsi və maliyyələşdirməsi, beləliklə, Azərbaycandan artan qaz hasilatının cəlb olunmasına imkan yaratmaq vaxtıdır”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin