Dağ kəndlərinin məşğulluq səviyyəsi bu halda aşağı düşə BİLƏR - VİDEO

Hazırda oxunan: Dağ kəndlərinin məşğulluq səviyyəsi bu halda aşağı düşə BİLƏR - VİDEO

118247

"Yanvar ayı demək olar ki, qar çox az yağdı və quraqlıq oldu. Amma şaxta həddindən çox oldu. Fevral ayının 3-cü günündə isə şimal bölgəsi üzrə ən çox qar yağıntısı Ləzə kəndinə düşdü. Qar yağanda isə şaxta az olur. Bu gün səhər havanın temperaturu - 5 dərəcə təşkil edib. Qar olmayanda isə şaxta 10 dərəcədən çox idi."

Bu sözləri Bizim.Media-ya Qusarın Ləzə kənd sakini Xalid Əzizov deyib. Onun sözlərinə görə, keçən il yanvar ayında Ləzəyə  50-1 sm metr yağan qar indi azalıb.

Ümid edirlər ki, kiçik çilədə fevral ayında yağıntının miqdarı illik normaya qədər gəlib çatacaq.

Ümumiyyətlə, şimal bölgəsinin dağ kəndlərində yaşayan sakinlər indiyədək yağıntının az və gec düşməsindən narahatdırlar. Çünki əkinçilik və maldarlıqla məşğul olan dağ camaatının əsas gəlir mənbəyi bu sahələr çıxır. Yağıntının az olacağı təqdirdə dağ kəndlərinin məşğulluq səviyyəsi aşağı düşəcəyi şəksizdir.
Qeyd edək ki, bu gün səhər Qusarın Ləzə kəndi ilə yanaşı, yaxınlıqda yerləşən Şahdağ turizm mərkəzinə də 19 sm-dən çox yağıb.
 



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin