"Azərbaycan qazı Avropa ölkələri üçün sığortaya çevrilib" - Klaus Yohannis

Hazırda oxunan: "Azərbaycan qazı Avropa ölkələri üçün sığortaya çevrilib" - Klaus Yohannis

118227

Cənub Qaz Dəhlizi ilə ötürülən Azərbaycan qazı regionun bir çox ölkəsi üçün sığortaya çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında Rumıniya Prezidenti Klaus Yohannis deyib.

"2022-ci ildə biz hamımız qaz çatışmazlığı və ya mümkün qaz tədarükünün olmaması, qiymətlərdə dəyişkənlik, bazarda turbulentlik kimi görülməmiş enerji problemləri ilə qarşı-qarşıya gəldik. Bu problemlər mürəkkəb siyasət və tənzimləmədə dəyişikliklər tələb edirdi. Cənub Qaz Dəhlizi ilə ötürülən Azərbaycan qazı regionun bir çox ölkəsi üçün sığortaya çevrildi.

Azərbaycanın, şəxsən Prezident cənab İlham Əliyevin Avropa bazarının Xəzər qazına çıxışı ilə bağlı verdiyi təminatlar bazarlardakı belə gərgin vəziyyətdə bu cür mühüm stabilliyi və proqnozlaşdırma imkanını təmin etdi.
Avropa İttifaqı və Azərbaycan arasında 2022-ci ilin iyul ayında strateji tərəfdaşlıq sahəsində imzalanmış Anlaşma Memorandumu Cənub Qaz Dəhlizinin Aİ-nin diversifikasiya strategyiasının mühüm tərkib hissəsi kimi rolunun daha da möhkəmlənməsinə yol açır", - Rumıniya Prezidenti deyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin