Düşmən tapdağından azad olunmuş ərazilərin əhalisi doğma torpaqlarına getməyə can atır. ANAMA rəsmisi isə bunun qəti qadağan olduğunu bildirir, əhalidən anlayış göstərməyi xahiş edir.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov Bizim.Media-ya bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatları aparılır: “Hələlik düşmən tərəfindən atəşə məruz qalmış cəbhə zonasından uzaq məntəqələrimizdə təmizləmə işləri aparılır. Bundan sonra işğaldan azad edilmiş ərazilərin təmizlənməsinə başlanacaq. Ona görə də bu ərazilər hələ təhlükəlidir”.
Hərbi ekspert Ədalət Verdiyev də Bizim.Media-ya açıqlamasında qeyd edib ki, vətəndaşlarımızın istəyi başa düşüləndir: “Ordumuzun aktiv döyüş əməliyyatları davam edir. Ərazidə yüzlərlə açılmış və açılmamış silah-sursat var, həmçinin ərazi basdırılan minalardan təmizlənməyib.
Bununla yanaşı orada düşmənin pusquda duran və ya yaralı əsgərlərinin olması ehtimalı da böyükdür. Əks- hücum əməliyyatlarının davam etdiyi diğər ərazilərdən də düşmən tamamilə çıxarılmayınca vətəndaşlar təhlükəsizlik baxımından oraya buraxılmamalıdır”.
Təranə Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:55 / 24.10.2020
İşğaldan azad olan torpaqlara getmək olmaz! - ANAMA
Hazırda oxunan: İşğaldan azad olan torpaqlara getmək olmaz! - ANAMA
Hazırda oxunan: İşğaldan azad olan torpaqlara getmək olmaz! - ANAMA
1182
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.