Rumıniya Prezidenti: “Azərbaycan qazı regionumuzun bütün ölkələrinin enerji təchizatına stabillik gətirib”

Hazırda oxunan: Rumıniya Prezidenti: “Azərbaycan qazı regionumuzun bütün ölkələrinin enerji təchizatına stabillik gətirib”

118192

“Cənub Qaz Dəhlizi özünün Avropanın enerji təhlükəsizliyi üçün strateji vacibliyini sübut edib. Hazırda bu dəhliz həmişəkindən daha vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Azərbaycanın bərpaolunan enerji potensialını AÇIQLADI


Rumıniya dövlət başçısının sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra geosiyasi vəziyyət dəyişib.

Klaus Yohannis qeyd edib ki, Avropa İttifaqı və üzv ölkələr enerji resursları istiqamətində alternativlərə üz tutub. Bu mənbələrdən biri də Azərbaycandır və Azərbaycan etibarlı tərəfdaşdır.

Rumıniya dövlət başçısı xatırladıb ki, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın əsası 2009-cu ildə qoyulub: 

“2022-ci ildə biz enerji sahəsində görünməmiş çətinliklərlə üzləşdik. Bu çətinliklərə cavab vermək üçün Aİ hərtərəfli addımlar atıb. Azərbaycandan idxal olunan qaz regionumuzun bütün ölkələrinin enerji təchizatına stabillik gətirib. Biz Azərbaycanın və Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qiymətləndiririk. Biz Xəzər dənizindən daha çox təbii qazın hasil edilməsində maraqlı olaraq qalırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin