Şimal bölgəsində fevralın ilk QARI – FOTO 

Hazırda oxunan: Şimal bölgəsində fevralın ilk QARI – FOTO 

118168

Şimal bölgəsi rayonlarına bu gecə fevral ayının ilk qarı yağıb. Quba və Qusar rayonlarına təxminən 20-25 günlük fasilədən sonra qar yağıb.

Bizim.Media-nın Quba ərazi hidrometerologiya müəssisəsindən əldə etdiyi məlumata görə, ən çox qar 19 sm olmaqla, Qusarın Ləzə kəndinə düşüb.

Ən çox şaxta isə -8,5 dərəcə olmaqla, Qubanın Qrız kəndində qeydə alınıb.

Bu qış qar yağmayan Xınalıq və Qarxun kəndlərinə də qar gağıb. Yerli sakinlər bu yaşayış məntəqələrinə 20 sm qar yağdığını deyirlər.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin