İzləyicisi ABŞ-a köçən Güneli çəkisi ilə ƏLƏ SALDI: “Bir az toppuş, gözəl və xoşbəxt qadınam” – FOTO

Hazırda oxunan: İzləyicisi ABŞ-a köçən Güneli çəkisi ilə ƏLƏ SALDI: “Bir az toppuş, gözəl və xoşbəxt qadınam” – FOTO

118167

Uzun zamandır ABŞ-a köçüb orada ikinci dəfə ailə quran keçmiş aparıcı Günel Musəvi izləyicisi ilə “kəllə-kəlləyə” gəlib. 

Bizim.Media xəbər verir ki, Günel sosial şəbəkə hesabında izləyicisindən gələn tənqid dolu şərhinə qalmaqallı cavab verib. 

“Love_the_life79” adlı sosial şəbəkə istifadəçisinin keçmiş televiziya ulduzunun videosunun altında yazdığı “Günel səni Bakıda olanda izləyirdim, amma kökəlmisən, sənə yaraşmır. Çalış əvvəlki çəkinə qayıt. Məncə bacararsan” şərhi qarşı tərəfi özündən çıxarıb.

Musəvinin cavabı isə gecikməyib: 

“Buna oxşar sözlər yazanlar var. Məncə insanı bədən formasına qiymət vermək çox böyük həqarətdir, mənə yox, sizin öz düşüncənizə. Məni 20 yaşında görməyə alışanlar indi məni 40 yaşımda görüb, fərqli göründüyümə irad tuturlar. Amma nə olsa da, mən təbii qalmışam. Hələ nə filter, nə botoks, nə “lipo”, nə də başqa işgəncəli əməliyyatlara girməmişəm.

Sizə deyim, çəkimlə heç bir problemim yoxdur. Düz yazdınız xanım, istəsəm bacararam. Amma çox da bunu istəmirəm.

Yaşayıb, həyatdan zövq alıram. Özümü kiməsə bəyəndirib, kiminsə gözləntilərini doğrultmaya çalışmıram. Dünyada arıq, gözəl bədəni əldə etmək üçün həyatlarını riskə atan, hər ağrıya dözüb, bıçaq altına girən qadınların sayı çoxalıb. Mən onların sırasında deyiləm və inanmıram da olum. Mən buyam. Bir az toppuş, gözəl və xoşbəxt qadınam!” 
Qeyd edək ki, G.Musəvi ötən ilin mayında Endi Krişnan adlı Hindistan vətəndaşı ilə ailə qurub. Onun ilk nikahından bir qız, ikinci evliliyindən isə oğul övladı var. 








Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin