Bakıda faciəli hadisə baş verib.
Bizim.Media-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, 85 nömrəli marşrutun hərəkətdə olan avtobusunun sürücüsünün yolda anidən ürəyi dayanib.
Faciəli hadisənin "Dostluq" kinoteatrının yaxınlığında baş verdiyi bildirilir.
Avtobusdan bütün sərnişinlər düşürülüb.
Hadisə ilə bağlı “Xaliq Faiqoğlu” şirkətindən Bizim.Media-ya verilən açıqlamda bildirilir ki, sürücü qəfil olaraq özünü narahat hiss edib və avtobusu yolun kənarındakı dayanacaqda saxlayıb.
Ona tibbi yardım göstərilib və xəttdən müvəqqəti kənarlaşdırılıb. Sürücünün ürəyinin dayanması ilə bağlı məlumat həqiqətə uyğun deyil.
Bizim.Media