"Yaşıl enerji istiqamətində də çox önəmli addım atılıb və sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Bu, çox strateji, böyük sərmayə tələb edən, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Ümid edirik ki, sabahkı birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək".
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında qeyd edib.
Ölkə başçısı bildirib ki, çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq:
“Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
22:05 / 02.02.2023
İlham Əliyev yaşıl enerji layihəsinin strateji əhəmiyyətindən DANIŞDI
Hazırda oxunan: İlham Əliyev yaşıl enerji layihəsinin strateji əhəmiyyətindən DANIŞDI
Hazırda oxunan: İlham Əliyev yaşıl enerji layihəsinin strateji əhəmiyyətindən DANIŞDI
118135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.