Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsəyən qurum BƏLLİ OLDU – Rəsmi AÇIQLAMA/VİDEO

Hazırda oxunan: Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsəyən qurum BƏLLİ OLDU – Rəsmi AÇIQLAMA/VİDEO

118100

Tanınmış aktyor və rejissor Hikmət Rəhimovun açıqlaması müzakirələrə səbəb olub. O, illər əvvəl Prezident İlham Əliyev tərəfindən serialların inkişafına dəstək məqsədilə ayırdığı 6 milyon manat vəsaitin mənimsədildiyini iddia edib.

Dediyinə görə bir neçə il əvvəl ölkə başçısının serial sektoruna ayırdığı büdcə hissə-hissə xərclənməli olduğu təqdirdə ortaya serial çıxmayıb.
Aktyor vəsaitin hansı quruma və pulun kim (kimlər) tərəfindən mənimsənildiyini açıqlamasa da, onun fikirləri səs-küyə səbəb olub. Hətta bu məsələdə hədəf olaraq Mədəniyyət Nazirliyi göstərilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi Bizim.Media-nın sorğusunu cavablandırıb. 

Qurumdan bildirilib ki, seriallara ayrılan vəsaitin mənimsənilməsi ilə bağlı aktyor Hikmət Rəhimovun ittiham etdiyi tərəf Mədəniyyət Nazirliyi deyil:

“Məsələ ilə bağlı aktyorun özü ilə əlaqə saxlamağınız tövsiyyə olunur. Qeyd olunan dövr ərzində isə Mədəniyyət Nazirliyinə serial çəkilişinə görə xüsusi vəsait ayrılmayıb”, - deyə nazirlikdən qeyd edilib.

Bizim.Media-nın araşdırmasına görə Azərbaycan prezident İlham Əliyev milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncamı 2013-cü ildə imzalayıb.

Milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayrılıb.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının sədri həmin dövrdə Nuşirəvan Məhərrəmli olub. O, 2020-ci ilin aprelində MTRŞ-nin sədri vəzifəsindən kənarlaşdırılıb. 

Qaldırılan məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini almağa hazırıq. 

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin