Oktyabrın 23-ü Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Baş katibi Mayk Pompeo ilə görüşüb.
Bizim.Media xəbər verir ki, nazir görüşlə bağlı Tvitter hesabında məlumat paylaşıb.
“ABŞ Dövlət katibi ilə görüşdüm. Ona Azərbaycan şəhərlərini və mülki insanları atəşə tutmaq, muzdluların və terrorçuların yerləşdirilməsi və s. daxil olmaqla Ermənistanın dağıdıcı siyasəti barədə məlumat verdim. İkitərəfli münasibətlər barədə də fikir mübadiləsi apardıq”.
Bizim.Media