“Məscidlərimizdə İranı təbliğ edən yüzlərlə axund var” – İlahiyyatçı kimlərə işarə ETDİ? – ŞOK AÇIQLAMA

Hazırda oxunan: “Məscidlərimizdə İranı təbliğ edən yüzlərlə axund var” – İlahiyyatçı kimlərə işarə ETDİ? – ŞOK AÇIQLAMA

118089

Azərbaycanın İrandakı səfriliyinə hücumdan və ölkəmizdə İran lehinə fəaliyyət göstərən bəzi şəxslərin saxlanılmasından sonra iki ölkə arasındakı gərginlik dərinləşib. Az qala hər gün Azərbaycanda fəaliyyət göstərən İranmeylli qüvvə və casus şəbəkələri ifşa olunur. 

İranmeylli şəbəkənin üzdə olmayan tərəflərindən biri də din pərdəsi altında İran ideologiyasını təbliğ edən molla və axundlardır. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış ilahiyyatçı Tural İrfanın iddiasına görə Azərbaycanda İran ideologiyasını şiəlik adı və din pərdəsi altında təbliğ edən, eləcə də İran müctəhidlərini, fars ideoloqlarını təqlid edən yüzlərlə axund var.

Tural İrfan bu axundların çoxunun hazırda Azərbaycandakı məscidlərdə fəaliyyət göstərdiyini qeyd edib:

“Onlar əvvələr təyinat alanlardır. İndi ola bilsin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi onlardan məscidləri təmizləsin. Təssüf orasındadır ki, İran ideologiyasını təbliğ edənləri başa keçirirlər. Şəhid tədbirlərində, hətta dövlət əhəmiyyətli yığıncaqlarda onları qabağa verirlər.
Lakin Türkiyədə təhsil almış, yaxud milli təfəkkürdə olan, ənənəvi İslam üzrə yetişmiş kadrları kənarda qoyurlar. Hamının tanıdığı bir nəfərin nə dini təhsili, nə də milli düşüncəsi var, sadəcə vaxtilə İranın buradakı adamı Ocaq Nejadın yetirməsi olduğuna görə indi onu partladıb qabağa verirlər.

Suriyada iranlıların, farsların hövzəsində 10 il oxumuş, bütünlüklə farslaşmış digər biri isə ən mərkəzi məscidlərin birində nəinki axund, hətta qazı vəzifəsindədir. Onlara təqiyyə etmək öyrədiblər. Yəni təhlükə vaxtı özlərini, əsl əqidələrini gizlətmək öyrədiblər.

Məsələn, onlar İranın ali dini lideri Xameneiyə təqlid edirlər. Ancaq indi özlərini gizlədib deyirlər ki, İraqdakı fars müctəhid Sistaniyə təqlid edirik. Yaxud ideoloji xətlərini elə təyin ediblər ki, saman altdan su yeritmək yolu ilə iş görürlər. Hər moizədə bir kəlmə, hər hədis danışanda iki kəlmə, hər söhbət edəndə bir cümlə, belə - belə nəzərə çarpmamaq üçün xüsusi metodla təbliğlər edirlər. Beləliklə,  illərdir bu qədər İran şəbəkəsi formalaşıb”. 

İlahiyyatçı əlavə edib ki, nə qədər ki, Azərbaycanda özümüzün Milli İslam Modeli yoxdur, qeyd edilən problem olacaq:

“O boşluğu İran yaxud vəhabi dolduracaq. Ona görə milli düşünən, yerli təhsil almış din adamlara şərait yaratmaq lazımdır. İranın təsiri ilə Bakı İslam Universitetinin 3550 məzunun diplomunu Elm və Təhsil Nazirliyi rədd etdi ki, məscidlərə İran təhsili olanları təyin etsinlər.
İndi o məzunlar heç bir ali dini cəhətdən elmi iş götürüb, müdafiə edib yüksək dini mənsəbə sahib ola bilmirlər. Ona görə də ölkədə müctəhid səviyyəsində ali dini xadimlər yetişmir. Ölkədə böyük İslam alimləri yetişsə, insanlar onlara təqlid edər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin