Azərbaycan tarixində Avropa Qızlar Riyaziyyat Olimpiadasından ilk qızıl medal almaq onun qismətinə yazılıb.
Bizim.Media Azərbaycanın ən gənc riyaziyyatçısı ünvanını alan Fidan Mübariz qızı Qarayeva haqqında məlumatı təqdim edir.
Fidan Qarayeva 2005-ci ildə Meksikada anadan olub.
Bir müddət orada yaşayıb. 7 yaşından riyaziyyatı yaxşı bilən Fidanın atası da riyaziyyatçıdır və Meksika universitetlərinin birində fəaliyyət göstərir. Gənc riyaziyyatçı bu fənnin sirrlərini ilk dəfə atasından öyrənib.
Bir çox olimpiadalara qatılan Fidan Qarayeva ötən il aprelin 6-11 tarixləri aralığında Macarıstanın Eqer şəhərində keçirilən XI Avropa Qızlar Riyaziyyat Olimpiadasında təhsil tariximizdə ilk dəfə olaraq, qızıl medal qazanıb.
Qeyd edək ki, həmin olimpiadada 57 ölkədən 222 məktəbli iştirak edib.
Fidan hazırda Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdidir. Bu günlərdə yenə də xaricdə bilik yarışmalarındadır.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:34 / 02.02.2023
Azərbaycanın dünya səviyyəli ən gənc riyaziyyatçısı - Onu TANIYAQ
Hazırda oxunan: Azərbaycanın dünya səviyyəli ən gənc riyaziyyatçısı - Onu TANIYAQ
Hazırda oxunan: Azərbaycanın dünya səviyyəli ən gənc riyaziyyatçısı - Onu TANIYAQ
118061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.