Boksçularımızın “Qızıl Kəmər”də ilk rəqibləri bəlli oldu

Hazırda oxunan: Boksçularımızın “Qızıl Kəmər”də ilk rəqibləri bəlli oldu

118056

Mərakeşdə keçiriləcək boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri bəlli olub.

Fevralın 10-dək davam edəcək turnirdə təmsilçilərimizdən ilk olaraq rinqə Nəbi İsgəndərov (67 kq) çıxacaq. O, 1/8 finalda Atomani Baroufla (Komor adaları) üz-üzə gələcək.

Püşkün nəticəsinə əsasən bu mərhələdə daha 4 boksçumuz mübarizəyə qoşulacaq.

1/8 final mərhələsi

Tayfur Əliyev (60 kq) – Kərim Abdul (Mali)

Nəbi İsgəndərov (67 kq) – Atomani Barouf (Komor adaları)

Sərxan Əliyev (71 kq) – Sarohatua Lumbantobinq (İndoneziya)

Murad Allahverdiyev (80 kq) – İmam Xatayev (Rusiya)

1/4 final mərhələsi

Məsud Yusifzadə (51 kq) – Duqlas Trindade (Braziliya)

Ümid Rüstəmov (57 kq) – Jan Kaysedo (Ekvador)

Malik Həsənov (63,5 kq) – Qabil Məmmədov (Rusiya)

Mirşərif Kazımzadə (75 kq) – David Mvenekabve (Konqo Demokratik Respublikası)

Məhəmməd Abdullayevə (+92 kq) – Dieqo Lensi (İtaliya)

1/2 final mərhələsi

Alfonso Dominqes (86 kq) – Roberrd Mayxel (İndoneziya)/Endi Lesmes (İspaniya)

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin