Ölkəmizdə yüksək vəzifələrdə çalışan ən GƏNC MƏMURLAR kimlərdir? - SİYAHI

Hazırda oxunan: Ölkəmizdə yüksək vəzifələrdə çalışan ən GƏNC MƏMURLAR kimlərdir? - SİYAHI

118032

Xəbər verdiyimiz kimi, bu gün, fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

1996-cı il 2 fevral tarixində Bakıda Azərbaycan Gənclərinin I Forumu keçirilib. 1997-ci il fevralın 1-də Ümummilli lider Heydər Əliyev 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında sərəncam imzalayıb.  

Hal-hazırda ölkəmizdə yüksək vəzifələrdə çalışan gənclərin sayı kifayət qədərdir. Xüsusən də, son illərdə baş tutan təyinatlar içərisində gənclərin çoxluq təşkil etdiyi məlumdur. 
Bizim.Media yüksək vəzifələrdə çalışan gənc məmurları araşdırıb.

Fərid Qayıbov – 2021-ci ilin sentyabrında Prezidentin sərəncamı ilə gənclər və idman naziri təyin edilib. 1979-cu il təvəllüdlü nazirin hazırda 43 yaşı var.

Emin Əmrullayev – 2020-2022-ci illərdə təhsil, 2022-ci ilin iyulundan etibarən isə elm və təhsil naziridir. Onun 40 yaşı var. 

Sahil Babayev – 2018-ci ilin aprelindən bəri əmək və əhalinin sosial müdafiəsiz vəzifəsini icra edir. Nazirin 42 yaşı var.

Şahin Seyidzadə - 3 mart 2022-ci il tarixdə Ölkə Başçısının sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Onun 44 yaşı var.

Taleh Kazımov - 12 aprel 2022-ci il tarixdə Mərkəzi Bankın prezidenti təyin olunub. Daha əvvəl özəl sektorda müxtəlif məsul vəzifələrdə çalışmış Kazımovun 39 yaşı var. 

Rövşən Nəcəf - 21 iyul 2022-ci il tarixdə Ölkə Başçısının sərəncamı ilə Rövşən Nəcəf SOCAR-ın prezidenti təyin edilib. SOCAR prezidentinin isə 40 yaşı var.

Vahid Hacıyev - Prezidentinin 4 may 2022-ci il tarixli sərəncamı ilə Vahid Hacıyev Zəngəzur iqtisadi rayonunun Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi təyin edilib.

Ötən ilin 30 dekabrından etibarən isə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini icra edir. 39 yaşı var.

Adil Kərimli – Ötən ilin dekabrında Mədəniyyət nazirinin birinci müavini təyin edilib. A. Kərimlinin 44 yaşı var.

Ülvi Mehdiyev - Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədridir. 1985-ci ildə anadan olmuş Ü.Mehiyevin hazırda 37 yaşı var.

Rövşən Rüstəmov – Ötən ilin oktyabrından “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsini icra edir. 42 yaşı var.

Həsən Həsənli – Elm və təhsil nazirinin birinci müavinidir. 2023-cü il 31 yanvarda vəzifəyə təyin olunub. 1991-ci ildə anadan olan H.Həsənlinin 31 yaşı var.

Aqil Qurbanov – Müdafiə nazirinin müavinidir. 1986-cı ildə anadan olmuş Qurbanovun hazırda 36 yaşı var.

Elxan İbrahimov – 2022-ci il fevralın 18-də Prezidentin müvafiq sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 1981-ci ildə anadan olan 41 yaşlı İbrahimov da gənc məmurlardandır.

Əkbər Abbasov - 25 iyul 2022-ci ildən etibarən Lerik Rayon İcra Hakimiyyətinin başçısıdır. Onun isə 36 yaşı var.

Elvin Paşayev - 25 iyul 2022-ci ildən Göygöl Rayon İcra Hakimiyyətinin başçısıdır. Onun da 39 yaşı var.

Sonda isə qeyd edək ki, sosioloji olaraq dünya praktikasında gənclik 35 yaşa qədər olan dövr kimi qiymətləndirilir. Lakin yüksək vəzifə tutmaq üçün bəlli təcrübə və tələblər var. Bu nəzərə alınaraq, siyahıya 45 yaşa qədər olan yüksək vəzifəlilər daxil edilib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin