Ermənilər həyəcan təbili çalır: Hərbçilər getdikcə daha çox xəyanət edirlər

Hazırda oxunan: Ermənilər həyəcan təbili çalır: Hərbçilər getdikcə daha çox xəyanət edirlər

118021

Son vaxtlar Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti xeyli sayda vətənə xəyanət edən hərbçiləri yaxalayır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədr müavini, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Armen Xaçatryan səsləndirib.

Müxalif "Hayastan" fraksiyasının nümayəndəsi Qeqam Manukyan da bu mövzuya münasibət bildirib:

"Əslində bu, düşünməyə əsas verir, çünki Ermənistanda qırmızı xətlər o qədər itib ki, Vətənə xəyanət artıq qırmızı xətti keçmək deyil".
Deputatın fikrincə, vaxtaşırı Silahlı Qüvvələrdə dövlətə xəyanət hallarından danışarkən hakimiyyət təbliğat hiyləsindən istifadə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin