Yanvarın 14-nə keçən gecə, yerli vaxtla saat 01:47-də Yerevandan 13 kilometr cənubi-qərbdə növbəti zəlzələ baş verib.
Bizim.Media Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib, maqnitudası 2,4 təşkil edib. Episentrdə yeraltı təkanların gücü 3 bal olub.
MÖVZU İLƏ BAĞLI:
İrəvan silkələndi, əhali küçələrə axışdı – Naxçıvanda da hiss olundu - VİDEO
Zəlzələ Yerevanda və Ararat vilayətinin bir sıra yaşayış məntəqlərində 2-3 bal gücündə hiss olunub.
Daha əvvəl Ermənistanın şimalında 4,7 maqnitudalı zəlzələ baş vermişdi. Güclü təkanlar paytaxt Yerevanda da hiss olunmuşdu.
Bizim.Media