Sərnişindaşıma ilə məşğul olan şirkətlərə NƏZARƏT artdı – AYNA-dan AÇIQLAMA  

Hazırda oxunan: Sərnişindaşıma ilə məşğul olan şirkətlərə NƏZARƏT artdı – AYNA-dan AÇIQLAMA  

118014

Bu gündən avtobusla və metro ilə sərnişindaşımanın qiyməti 33 faiz bahalaşır.Artan qiymət təbii ki, xidmətin keyfiyyətinə də təsir etməlidir.

Bəs, ictimai nəqliyyatda gediş haqqının artımından sonra avtobus parkının yenilənməsi, xidmət səviyyəsinin yüksəldilməsi üçün daşıyıcılara hansı tapşırıqlar verilibmi?

Suala aydınlıq gətirmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.
 

MÖVZU İLƏ BAĞLI:

Sərnişindaşıma özəl sektorun əlindən alınmalıdır – Qiymət artımına REAKSİYA


Agentlikdən Bizim.Media-ya bildirdilər ki, tarif dəyişikliyinin əsas məqsədi nəqliyyat sektorunda keyfiyyətli xidmət tələb etmək üçün bu sahədəki iqtisadi rentabelliyi təmin etmək və daşıyıcı şirkətlərin gəlirləri ilə xərcləri arasında düzgün proporsiyanın formalaşdırılması istiqamətində görülməsi nəzərdə tutulan işləri stimullaşdırmaqdır:

“Bu tarif daşıyıcılara mövcud avtobusları istismara saz vəziyyətdə saxlamağa və əsaslı təmirə imkan yaradacaq. AYNA tərəfindən ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi daim diqqət mərkəzində saxlanılır.

Müntəzəm sərnişindaşıma ilə məşğul olan iri daşıyıcılarla mütəmadi şəkildə keçirilən görüşlərdə də sərnişindaşıma sahəsində mövcud çatışmazlıqlar, qarşıda duran məsələlər müzakirə olunur və təkliflər dinlənilir.
Görüşlər zamanı sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin prioritet istiqamətlərdən olduğu diqqətə çatdırılır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin