Zelenski Avstriyalı həmkarı ilə enerji və humanitar məsələləri müzakirə etdi

Hazırda oxunan: Zelenski Avstriyalı həmkarı ilə enerji və humanitar məsələləri müzakirə etdi

117958

Ukrayna Prezidenti Volodimir Zelenski avstriyalı həmkarı Aleksander Van der Bellen ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında humanitar əməkdaşlıq olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna rəhbəri özünün teleqram səhifəsində məlumat verib. 

"Bu gün biz enerji, iqtisadiyyat, humanitar əməkdaşlığımız, Ukrayna icmalarının inkişafı məsələlərini - müharibə zamanı normal həyatı qoruyub saxlamağa və bərpa etməyə kömək edən bütün məsələləri ətraflı müzakirə etdik", - deyə Zelenski qeyd edib. 
Qeyd edək ki, ikinci müddətə Avstriyanın Federal Prezidenti seçilmiş Aleksander Van der Bellen andiçmə mərasimindən sonra ilk səfərini Kiyevə edib. Onu bu səfərdə iqtisadiyyat naziri Martin Koxer və ekologiya naziri Leonore Qevessler müşayiət edirlər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin