Türkiyə-Naxçıvan sərhədinin açılması ilə bağlı məlumatlar YALANDIR 

Hazırda oxunan: Türkiyə-Naxçıvan sərhədinin açılması ilə bağlı məlumatlar YALANDIR 

117921

Bu gün bir sıra sayt və informasiya portallarında Türkiyə-Naxçıvan sərhədinin açılması ilə bağlı xəbərlər yerləşdirilib. Lakin bu xəbər həqiqəti əks etdirmir.  

Bizim.Media xəbər verir ki, sərhədlərin tam açılması ilə bağlı məlumatı Türkiyənin Naxçıvandakı Baş Konsulluğu NUHÇIXAN İnformasiya Agentliyinə təsdiqləməyib.  

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması nəzərə alınaraq, Naxçıvan qeydiyyatında olan Azərbaycan Respublikası vətəndaşlarının 15 gündən bir öz avtomobilləri ilə Türkiyəyə giriş-çıxışına icazə verilir.

Azərbaycanın başqa bölgələrində qeydiyyatda olan vətəndaşlarımız isə Türkiyədən Naxçıvana qayıdaraq öz yaşadıqları yerə gedə bilərlər. Ümumilikdə, sərhədin tam açılmasından söhbət getmir. 

Qeyd edək ki, 1 iyul 2022-ci il tarixindən Dövlət Sərhəd Xidməti (DSX) Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədini bağlayıb. 
Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin