Polad Həşimovun doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsində sovetdən qalma heykəl hər hansı bir anlam kəsb etməsə də adamı düşünməyə vadar edir.
Qəsəbə mədəniyyət mərkəzinin qarşısında köhnə, bərbad gündə olan heykəlin bəzi sakinlər proletariatın atası Vladimir İliç Leninə, bəziləri isə məşhur rus seleksioneri İvan Vladimiroviç Miçurinə aid olduğunu düşünür.
Amma hardan baxsan bir məna kəsb edən abidəyə oxşamır. Əslində, sən deyən elə bir sənət əsəri də deyil. Necə deyərlər, palçıqdan yapıb qoyublar daşın üstünə.
Əslində sözümüzün məqzi də o deyil. Sözümüz odur ki, şəhid olmasından 2 ildən çox vaxt keçməsinə baxmayaraq Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun doğulduğu məkanda onun hər hansı büstü indiyə kimi niyə ucaldılmayıb?
Növbəti yazımızda məsələyə yerli rəsmilərin mövqeyini öyrənib təqdim edəcəyik.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 02.02.2023
Polad Həşimovun kəndində Miçurinə qoyulan HEYKƏL - FOTO
Hazırda oxunan: Polad Həşimovun kəndində Miçurinə qoyulan HEYKƏL - FOTO
Hazırda oxunan: Polad Həşimovun kəndində Miçurinə qoyulan HEYKƏL - FOTO
117903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.