HƏRBİ EKSPERT: “Əsgərlərimizi yoluxdurmayın!”

Hazırda oxunan: HƏRBİ EKSPERT: “Əsgərlərimizi yoluxdurmayın!”

1179

Azərbaycan Ordusunun döyüşlərdəki uğurları arxa cəbhədə xüsusi dəstəklənir. Qələbə coşqusu ilə xalqımız əsgərinin yanında olduğunu müxtəlif üsul və yardımlarla nümayiş etdirir. Az qala yollarda belə əsgərlərimizi bağrımıza basıb yedizdirməyə çalışırıq. Hərbi və tibbi ekspertlər isə bundan əndişələndiklərini bildirirlər.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı əhalini “TƏBİB” -in qoyduğu qaydalara riayət etməyə çağırıb.

Polkovnik Bizim.Media-ya bildirib ki, vətəndaşlarımızın orduya dəstək vermək arzularını alqışlayırıq. Amma bu müəyyən qaydalara uyğun aparılmalıdır. Koronavirus pandemiya dönəmində xüsusi ilə ehtiyatlı olmaq lazımdır. Bu yardımlar vasitəsi ilə yoluxmalar baş verə bilər. Ona görə də  orduya edilən yardımlar ancaq Müdafiə Nazirliyinin xətti ilə həyata keçirilməlidir.



Hərbi ekspert Üzeyr Cəfərov əlavə edir ki, əsgərimizə göndərilən adi corabdan da ayaqlarına infeksiya düşə bilər. Gözləmədiyimiz halda təhlükə ilə üz-üzə qalarıq: “Vətəndaşlarımızın emosialarını anlayırıq. Amma diqqətli olmalıyıq. Hərbi hissələrə sovqatlar mütləq, qaydalara uyğun şəkildə çatdırılmalıdır”.

Məlumat üçün bildirək ki, həm Müdafiə Nazirliyi, həm də  Dövlət Sərhəd Xidməti tərəfindən yardım kampaniyaları xüsusi nəzarətə götürülüb. Bütün sovqat və bağlamalar yoxlanılaraq dezinfeksiya edilir. Ərzaq məhsulları isə xüsusi həkim nəzarətindən keçirilir.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin