“Şəkər xəstəliyi hər hansı dərmanla SAĞALMIR” – Həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: “Şəkər xəstəliyi hər hansı dərmanla SAĞALMIR” – Həkimdən XƏBƏRDARLIQ

117896

“Şəkər xəstəliyi hazırda günümüzün aktual problemidir. Uşaqlarda da şəkər xəstəliyinə artıq rast gəlinir. Səbəbləri çoxdur və diabet xəstəliyi özü də dərəcələrə bölünür”.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabındakı canlı yayımda sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, xəstəlik 1 və 2-ci tipli olmaqla özünəməxsus simptomlar daşıyır:

“1-ci tip diabet xəstəliyi insan bədənində insulin dirəncinin və maddələr mübadiləsinin pozulması ilə bağlıdır. 2-ci tip isə daha çox genetik faktorla əlaqələndirilir. Uşaqlarda şəkər xəstəliyinin üzə çıxması 12 yaşlarından başlaya bilər.
Əgər valideynlərdən ana diabet xəstəsidirsə, uşaqda da aşkar olunması 2-4, atada 5-8, hər iki valideyndə şəkər xəstəliyi olduğu təqdirdə risk 30%-ə qədər artır. Hətta eyni yumurta əkizlərində də şəkər xəstəliyin aşkarlanması 30-50% təşkil edir”, - deyə qeyd edən A.Əkbərzadə şəkər xəstəsi olmayan valideynlərin övladlarında xəstəliyin aşkarlanmasının 0.4 və 0.5% olduğunu bildirib.

“İlkin simptomlar ifrat dərəcədə su tələbinin olması, ayaqyolundan kəskin istifadənin artmasıdır. Daha sonra uşağın kökəlmə və ya hədsiz arıqlaması da şəkərli diabetlə bağlıdır.
Bu halda halsızlıq, yorğunluq dərslə məşğul olmaqda çətinliklər də müşahidə olunur. Tibbi şəkər xəstəliyinin öz-özünə sağalma ehtimalı yoxdur və ya dərmanla da sağalmır”,- deyən həkim xəstələrin nəzarət altında olmağının vacibliyini vurğulayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin