Baydendən Trampın bəraətinə münasibət

Hazırda oxunan: Baydendən Trampın bəraətinə münasibət

11787

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın üsyana təhrik ittihamı ilə Senat tərəfindən bəraət almasının "şübhə" doğurmadığını bildirib.

Bizim.Media “RİA Novosti”yə istinadla bildirir ki, bu barədə Ağ Ev tərəfindən yayılan Baydenin yazılı açıqlamasında qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

“Güc tətbiq etməkdən çəkinməyəcəm” - Baydendən sərt bəyanat


İmpiçmentin baş tutması üçün azı 67 senator bunun lehinə səs verməlidir, lakin 57 senator impiçmentin lehinə, 43 senator isə əleyhinə səs verib.

Açıqlamada qeyd olunur ki, yekun səsvermə mühakimə olunmasa da, ittihamların mahiyyəti mübahisədən kənardır. Bayden bir daha Kapitoliyadakı hücumu ABŞ tarixindəki "kədərli bir səhifə" olduğunu söyləyib.

O, "Amerikada şiddət və ekstremizmə yer olmamalı" olduğunu xatırladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin