"Azərbaycan səfirliyinə hücumun təşkilatçıları mühakimə olunmalıdır" - Şamil Ayrım

Hazırda oxunan: "Azərbaycan səfirliyinə hücumun təşkilatçıları mühakimə olunmalıdır" - Şamil Ayrım

117863

"Azərbaycanın İrandakı səfirliyinə hücumu təşkil edən cinayətkarlar tezliklə tapılmalı və mühakimə olunmalıdır".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.

O bildirib ki, terrorun dili, dini yoxdur. Terrorizm insanlığa qarşı cinayətdir. Türkiyə də illərdir bir çox terror təşkilatları ilə mübarizə aparır. Azərbaycanın bu haqlı mübarizəsində Türkiyə olaraq hər zaman onun yanında olacağıq.
Laçın dəhlizində ekofəalların aksiyasına toxunan deputat bildirib: “Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlib, amma bəziləri sülh müqaviləsini imzalamaq istəmir.

Ermənilər Azərbaycan bayrağı altında yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarına da əməl etməlidirlər. Bu torpaqlarda yaşamaq istəyən ermənilərə aydın mesaj verilib. Təəssüf ki, onlar bu mesaja əməl etmirlər.

Prezident İlham Əliyevin də dediyi kimi, sülh yolu Zəngəzur dəhlizinin açılmasından keçir. Azərbaycan öz torpaqlarını övladlarını şəhid verərək işğaldan azad etdi.

Vətən müharibəsində Qələbədən sonra Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev hər danışıqlarında “Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür” söyləyirlər”.
O qeyd edib ki, bu il Türkiyə Respublikasının 100 illiyi və eyni zamanda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ilidir.

Bununla bağlı Azərbaycanda bir çox tədbirlər təşkil ediləcək. Həmçinin Türkiyədə də Ulu Öndəri anma, xatırlama və eyni zamanda, böyük tədbirlərin təşkili ilə bağlı işlər görüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin