“İrəvanı Hələbin, Mosulun taleyi gözləyir” – Zahid Oruc 

Hazırda oxunan: “İrəvanı Hələbin, Mosulun taleyi gözləyir” – Zahid Oruc 

117810

“23 yanvar tarixində Avropa Birliyi mülki missiya adı altında 100 nəfərlik hərbi kəşfiyyat qrupunu iki illik müddətə Ermənistanla sərhədlərə göndərmək qərarı çıxardı. Dövlətimiz haqlı olaraq, Qərbin silahsız taborunun qanuniliyini tanımır və onlarla əməkdaşlığa getməyəcəyini bəyan edir. Sual olunur - o missiya üzvlərini BMT-mi seçib, yaxud Avropa Birliyi nə vaxtdan təhlükəsizlik və hərbi təşkilat olub?”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib. 

“Şübhəsiz, bölgəyə gətirilən NATO-nun məxfi emissarlarıdır və qərarı Avroatlantik Alyansın hərbi-siyasi generalları verib. Ermənistanı Rusiya, İran, Türkiyə və Azərbaycanın əlindən almaq, bölgəyə beynəlmiləl muzdluları yerləşdirmək sabitliyə xidmət etməyəcək.
2020-ci ilin Vətən müharibəsi qəfil başlandığından Qərb dövlətləri müdaxilə imkanları olmadığı üçün regiondan çıxarıldıqlarını düşünürlər.

Ona görə də Minsk qrupunun ləğv edildiyini görən ABŞ, Fransa danışıqlara və Qafqazlara qayıtmaq üçün bütün cəbhə boyu diplomatik-siyasi hücuma keçiblər. Məqsəd Azərbaycan təhlükəsi adı altında öz ordularını və silahlarını İrəvanda yerləşdirməkdir”, - deyə deputat əlavə edib. 

Zahid Orucun sözlərinə görə, bu qərar regional təhlükəsizliyə və Ermənistanla sülh danışıqlarına zərbə vuracaq: 

“Digər tərəfdən, Rusiya Avropa Birliyinin addımını ona qarşı açılan ikinci cəbhə sayır və Ermənistanın avantürasını pisləyir. Tarixdə ilk dəfə, Vətən müharibəsinin nəticəsində İrəvan və Moskva qarşıduran tərəflərə ayrılıblar. 

Beləliklə, Rusiyanın Gümrüdəki bazası, o cümlədən Xankəndindəki missiyası ilə Avropa Birliyinin patrul dəstələrinin gələcəkdə toqquşması qaçılmazdır, o zaman NATO qüvvələrini konfliktə cəlb etməyə fürsət yaranacaq.

Göründüyü kimi, Ermənistan ərazisi hərbi toqquşmalar meydanına çevrilir və İrəvanı Hələbin, Mosulun taleyi gözləyir. 
İndi sərhəddə yerləşdirilən qüvvələri müxtəlif yollarla Xankəndində ermənilərin təhlükəsizliyi və hüquqlarının qorunmasına cəlb etməyə çalışacaqlar. Nəticədə, Qarabağa çoxmillətli missiya gətirmək Ukrayna müharibəsini Qafqazlara keçirmək deməkdir”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin