“Bu xain hücumun məqsədi dövlətimizə və onun diplomatlarına qarşı terror aktı idi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Kamran Bayramov səsləndirib.
“Hücum edilən binanın ölkəmizə məxsus olması faktdır. Terrordan sonrakı dövrdə İran rəsmilərinin davranışı, olaya don geyindirmək cəhdləri təəccüb və hiddət doğurur.
Videolardan da aydın olur ki, İran hüquq-mühafizə orqanları terrorçunu zərərsizləşdirmək üçün heç nə etmədilər. Digər tərəfdən İran rəsmilərinin hadisədən sonrakı davranışı terror aktının obyektiv araşdırılacağı ilə bağlı məndə ciddi şübhələr doğurur”, - deyə deputat əlavə edib.
Deputat İranla münasibətlərə yenidən baxılıb, mütənasib addımların atılmalı olduğunu vurğulayıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:29 / 01.02.2023
“İranla bağlı lazımi addımlar atılmalıdır” – Deputat
Hazırda oxunan: “İranla bağlı lazımi addımlar atılmalıdır” – Deputat
Hazırda oxunan: “İranla bağlı lazımi addımlar atılmalıdır” – Deputat
117798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.