Müğənni Niyam Salaminin türk həmkarı Mabel Matizin "Antidepresan" mahnısını ifa etməsi sosial şəbəkələrdə xoş qarşılanmayıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində izləyicilərdən gələn tənqid dolu şərhlərə sərt şəkildə cavab verib.
"Həmin mahnını oxudum, sosial şəbəkələrdə məni top atəşinə tutdular. Dəlisiniz? Mən sizə nə etmişəm? Yazırlar ki, sənlik deyil bu mahnı, get başqa mahnı oxu. Bu mahnını öz restoranımda oxumaq üçün ifa etmişəm", - deyə Niyam vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media