"Krik TV" regional telekanalının əməkdaşı Aleksey Kuznetsov Yekaterinburqda itib.
Bizim.Media xəbər verir ki, jurnalist bu iş yerində bir neçə aydır çalışıb və cəzaların federal icra xidməti mövzusu ilə məşğul olub.
MÖVZU İLƏ BAĞLI:
14 yaşlı yeniyetmə itkin düşüb
Kanalın direktoru Yevgeni Qubkonun sözlərinə görə, Kuznetsov gecə yarısı şəxsi əşyalarını masanın üzərində qoyaraq ofisdən çıxıb və geri qayıtmayıb.
Redaksiyada jurnalistin çantası, pasportu, açarları, bank kartları qalıb.
Həmkarlarının sözlərinə görə, həmin gün Kuznetsovun maşını qırılıb və işdə qalıb (Aleksey Pervouralskda yaşayır). Gecə yarısı kimsə ona zəng edib, Aleksey küçəyə çıxıb. O zamandan bəri hər iki mobil telefonuna zəng çatmır.
Direktor deyib ki, jurnalisti daha heç kim görməyib.
Yaxın vaxtlarda kanal rəhbərliyi polisə müraciət etmək niyyətindədir.
Bizim.Media