İranın informasiya naziri İsmayıl Xətib Kirmanşah əyalətinə səfəri zamanı yerli təhlükəsizlik şurasının iclasında çıxışı zamanı Azərbaycanı hədələyib.
Bizim.Media Telegram kanallarına istinadən xəbər verir ki, o, qonşu ölkələrə öz təhlükəsizliyini qoruyub saxlamaq üçün İsraildən uzaq durmağı tövsiyə edib.
Nazir “qonşu ölkə” deməklə İsraillə isti münasibətlər quran Azərbaycana işarə edib.
“Sionist rejim bütün iddiaları ilə süquta uğrayır. Ölkə daxilindəki çəkişmələr, fələstinlilərin müqaviməti bunun əsas nümunəsidir. Bölgə əhalisinin bəsirət və ağıllı hərəkətləri sayəsində sionistlərə qarşı daha ciddi addımlar atılacaq”, deyə o, qeyd edib.
İsmayıl Xətibin sözlərinə görə, bu gün regionda İran xalqının müqavimət göstərdiyi Amerika kimi böyük bir güc meydana çıxıb:
“Son vaxtlar baş verən iğtişaşların nəticəsindən məyus olan düşmən (ABŞ-ı nəzərdə tutur) beynəlxalq təzyiqlərlə sanksiyaları gücləndirir, informasiya müharibəsi aparır, ölkəmizin güc və təhlükəsizliyinin simvolu olan SEPAH-a qarşı hücum etməyə çalışır”.
Bizim.Media
- A-
- A
- A+
Region
14:24 / 31.01.2023
İranlı nazir Azərbaycanı hədələdi
Hazırda oxunan: İranlı nazir Azərbaycanı hədələdi
Hazırda oxunan: İranlı nazir Azərbaycanı hədələdi
117629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.