Azərbaycanda dövlət satınalmalarında KOB-un payı 95 faiz olub

Hazırda oxunan: Azərbaycanda dövlət satınalmalarında KOB-un payı 95 faiz olub

117611

2022-ci ildə Azərbaycanda dövlət satınalmalarında mikro, kiçik və orta biznes subyektlərinin payı 95 faiz təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Dövlət satınalmalarının ümumi məbləği 6,779 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 767,5 milyon manat, yaxud 12,8% yüksəkdir", - o deyib.

M.Abbasbəyli müsabiqə müraciətlərinin ümumi məbləğinin 4,5 milyard manat təşkil etdiyini vurğulayıb ki, bu da inişilki göstəricidən 1,854 milyard manat və ya 70,1% yüksəkdir.

"Müsabiqə müraciətləri çərçivəsində açıq tenderlər üzrə ümumi məbləğ 2,226 milyard manat, elektron açıq tender üzrə 1,204 milyard manat, kotirovka sorğuları üzrə 67,9 milyon manat, təklif sorğuları üzrə isə 1,002 milyard manat təşkil edib", - o əlavə edib.
M.Abbasbəyli əlavə olaraq, elektron satınalmaların həcminin 1,272 milyard manat (18,8%) təşkil etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin