Sahibə Qafarova: “Səfirliyimizdə törədilən terrora görə bütün məsuliyyət İranın üzərinə düşür\"

Hazırda oxunan: Sahibə Qafarova: “Səfirliyimizdə törədilən terrora görə bütün məsuliyyət İranın üzərinə düşür\"

117509

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktına görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İƏT Pİ Konfransının 17-ci sessiyasında çıxışı zamanı bildirib.

S. Qafarova Azərbaycanın İrandakı səfirliyinə qarşı yanvarın 27-də törədilən terror aktından danışaraq bu xain terror hücumunu qətiyyətlə pisləyib və bunun ciddi beynəlxalq reaksiyaya səbəb olduğunu qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

"Xain hücumun obyektiv araşdırılmasını tələb edirik" - Sahibə Qafarova


Spiker bildirib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməli idi.

"Biz bu terror aktını törədənlərin, eləcə də bu qanlı aktın sifarişçilərinin ən qısa zamanda müəyyən edilməsini və ən obyektiv şəkildə cəzalandırılmasını tələb edirik", - Milli Məclisin sədri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin