Məhkəmə sistemi təkmilləşdirilir – 123 yeni hakim TƏYİNATI 

Hazırda oxunan: Məhkəmə sistemi təkmilləşdirilir – 123 yeni hakim TƏYİNATI 

117502

Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə artırılmış 200 hakim ştatı üzrə hakimliyə namizədlərin davamlı və daha çevik seçim prosesi aparılaraq 123 nəfər yeni nəsil hüquqşünaslar seçilərək hakim vəzifəsinə təyin ediliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin məlumatında bildirilib.

Bildirilib ki, eyni zamanda hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq ötən dövrdə yüksək bilik və bacarığı, peşəkarlığı və mənəvi saflığı ilə fərqlənən 100-dən çox hakim yuxarı məhkəmə instansiyalarına irəli çəkilib, fəaliyyətində nöqsanlara yol verən hakimlər məhkəmələrdən kənarlaşdırılıb.
Həmçinin qeyd edilib ki, bütün apellyasiya məhkəmələrinin sədrləri, ali və apellyasiya məhkəmələrinin kollegiya sədrləri yenilənib.

Kadr islahatlarında növbəti mühüm mərhələ olan Azərbaycan Prezidenti tərəfindən ötən ilin sonunda apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri ilə bağlı aparılmış təyinatlar fəaliyyətin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət edib.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov yeni təyin edilmiş 50 nəfər məhkəmə sədri ilə görüşüb.

Hibrid formatda keçirilən görüşdə apellyasiya məhkəmələrinin sədrləri, Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurası aparatının aidiyyəti məsul işçiləri iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin