1828-ci il martın 21-də çar hökuməti böyük bir cinayətə əl atır. Mövcud olan İrəvan xanlığının və Naxçıvan xanlığının ərazisində erməni vilayəti yaradır. Bu vəziyyət 1840-cı ilə qədər davam edir.
Bunları Bizim.Media-ya müsahibəsində AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov açıqlayıb.
Cəbi Bəhramov Azərbaycan torpaqlarına erməni əhalisinin köçürlüməsi ilə bağlı faktlara toxunub:
“Apardığımız tədqiqatlar nəticəsində məlum olub ki, təkcə çar Rusiyası deyil, o cümlədən sovet Rusiyası da 1923-cü ildən başlayaraq Azərbaycan torpaqlarına ermənilərin köçürmə siyasətini aparıb və 1982-ci ilə qədər davam etdirib. Dünyanın bir çox ölkələrində yaşayan erməniləri, xüsusilə Fransa, Yunanıstan digər Avropa ölkələrindən olanları, o cümlədən yaxın və orta şərq ölkələrindən, ərəb ölkələrindən kütləvi surətdə ermənilər ərazilərimizə köçürülüb”.
Daha geniş şəkildə hazırladığımız videomaterialda tanış ola bilərsiniz:
Aygün İbrahimli, Əfqan Pənahoğlu, Bizim.Media