Qarabağda yaşayan dinc erməni əhalisi bilməlidir ki, bölgəyə göndərilən Ruben Vardanyana bu torpaqda sülh lazım deyil.
Bizim.Media xəbər verir ki, bu fikirlər “Politico” nəşrində dərc edilən materialda yer alıb.
Mənbə yazır ki, Rusiya vətəndaşlığından imtina edən rusiyalı milyarder cəmi bir neçə həftədən sonra yeni qazanc yeri əldə edib. Belə ki, bağlı olan iki qızıl mədəni onun gəlişi ilə yenidən fəaliyyətə başlayıb.
“Doğrudan da, Vardanyanın gəliş vaxtı qeyri-adi olub. O, Qarabağa separatçıların Azərbaycan daxilində yaşamağa hazır olduqlarını bildirən zaman gəldi. Amma indi sirr deyil ki, Vardanyanla İrəvandakı hökumət açıq şəkildə bir-birinə qarşıdır.
Vardanyan atdığı addımları ilə Qarabağın erməni icmasının ictimai rəyini sülhün əldə olunmasına qarşı yönəldir. Bu, həm Bakının, həm də İrəvanın maraqlarına ziddir.
Danılmaz faktdır ki, o, özünü Xankəndidə lider kimi aparır. Azərbaycanlı fəalların Qarabağda ətraf mühitin çirklənməsinə və Azərbaycan yataqlarının vəhşicəsinə istismarına qarşı Laçın yolunda etiraz aksiyaları başlayanda da mediaya müraciəti zamanı “birinci şəxs” kimi danışıb. O, hazırkı kritik zamanda da Qarabağda qalmasının məqsəd və motivlərini müdafiə etməyə çalışır, habelə Rusiya sülhməramlılarının vəziyyətə nəzarət edə bilməməsini qabarıq şəkildə vurğulayır.
Bütün bunlar Azərbaycanın qanuni sərhədlərindən minaların sərbəst şəkildə daşınması və separatçıların silahlanması riskini artırır və bölgədə yeni münaqişə üçün zəmin yaradır”, – deyə Politico vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
15:38 / 30.01.2023
Vardanyan Qarabağda sülh istəmir – “Bu, Bakı və İrəvanın maraqlarına ziddir”
Hazırda oxunan: Vardanyan Qarabağda sülh istəmir – “Bu, Bakı və İrəvanın maraqlarına ziddir”
Hazırda oxunan: Vardanyan Qarabağda sülh istəmir – “Bu, Bakı və İrəvanın maraqlarına ziddir”
117429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.