Küçələrin dezinfeksiyası niyə dayandırılıb? - SƏBƏB

Hazırda oxunan: Küçələrin dezinfeksiyası niyə dayandırılıb? - SƏBƏB

11734

Pandemiya ilə əlaqədar mütəmadi olaraq Bakı şəhərinin mərkəzi və qəsəbələrindəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə desenfeksiya işləri aparılırdı. Lakin son zamanlar bu işlərin aparılmaması bəzi sualları ortaya çıxarıb. 

Bəziləri bunu pandemiyanın səngiməsi ilə, digərləri isə buna səbəb dezenfeksiya üçün kimyəvi məhlulların çatışmazlığı ilə əlaqələndirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Şuşanı da dezinfeksiya etməyə hazırdır


Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov Bizim.Media-ya açıqlamasında bildirib  ki, buna səbəb heç də yuxarıda sadalanan səbələrdən deyil. Onun sözlərinə görə, qış aylarında dezenfeksiya  işləri hava  şəraitinə uyğun olaraq, lokal şəkildə həyata keçirilir:

“Bizim dezenfeksiya etmək üçün kifayət qədər məhlulumuz var. Sadəcə, qış mövsümünə görə, tədbirlər lokal  xarakter daşıyır. Havaların yağıntılı keçdiyini nəzəra alaraq, küçələrin dezenfeksiya işləri müvəqqəti olaraq dayandırılıb. Yağıntılar bitdikdən sonra dezenfeksiya işləri davam edəcək”.

İ.Kərimov həmçinin ümumi istifadə yerlərində mütəmadi olaraq dezenfeksiya işlərinin həyata keçirildiyini də qeyd edib.

“İndiki vəziyyətə uyğun olaraq, ərazilərdə bütün yaşayış binaların blokları, qarşıları və ümumi istifadə yerləri  dezenfeksiya edilir. Bu işlər hər rayonun öz qrafikinə uyğun həyata keçirilir”. 

Vüsalə Balayeva, Bizim.Media                                          

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin