İrana “dronlar” necə atıldı? – GÜNÜN ŞƏRHİ

Hazırda oxunan: İrana “dronlar” necə atıldı? – GÜNÜN ŞƏRHİ

117338

“Yanvarın 28-dən 29-na gecən gecə İran ərazisində hərbi sənayenin istehsalat obyektlərinə hücum edilib. Hədəflər əsasən uzaq məsafələrə uçan dronları istehsal edən müəssisələr və onun anbarları olub”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov yazıb.

O, sözlərinə belə davam edib: “Əsas sual: Haradan gəldi?”.

Politoloq qeyd edib ki, İsrail məsuliyyəti artıq öz üzərinə götürüb:

“Amma ən əsası o dronlar haradan gəlib. İranın mərkəzinə, ölkənin şimalında yerləşən şəhərlərə hücum etmək üçün hansı qonşu dövlətin hava məkanından istifadə edilib?! Məsafələr kiçik deyil. İsraildən buraxılan dronların hadisə yerinədək bir neçə min kilometr var. 

Bəli, zərbələrin dəqiqliyi üçün koordinasiya olmalıdır. Bütün bunları ABŞ-ın dəstəyi olmadan həyata keçirmək çətin görünür.

Prinsipcə, Birləşmiş Ştatlar Ukrayna müharibəsində Rusiyanı uçan aparatlarla və raketlərlə təmin edən müəssisələri hədəfə alaraq İsrailə kömək edə bilər. 
Beləliklə, əsasən "Haradan gəldi?!" sualının cavabıdır. Çünki İran həm birbaşa İsrailə, həm də Livan və Suriyaya (onların hava məkanından uçan “ölümcül dronlara” görə) cavab verməlidir...

Qonşu ölkələrin siyahısı isə belədir: İraq, Türkiyə, Ermənistan və Azərbaycan. Körfəz sularından bunu etmək mümkün deyil. Ən böyük ehtimal İraqdır, çünki  hamı bu ölkənin hava məkanında havaya qalxır…

İranda kimin günahkar çıxarılacağını isə yaxın bir-iki günə öyrənəcəyik...

Müəssisələrə və anbarlara hücumlar hələ müharibənin başlanğıcı deyil... Müharibə hərbi aerodromlara və raket qurğularının yerləşdiyi ərazilərə ediləcək zərbələrdən sonra başlaya bilər. Ancaq hər şey Tehranın verəcəyi cavabın miqyasından asılı olacaq...”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin