28-29 yanvar tarixlərində “Sports box” klubunun təşkilatçılığı ilə 1-ci “Victory cup (Zəfər yarışı)” adlı açıq birincilik keçirilib.
Bizim.Media xəbər verir ki, yarışda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Küveyt və BƏƏ-dən ümumilikdə 300-dən artıq gimnast iştirak edib.
Azərbaycanı bu yarışda “Sports box” klubunun üzvləri ilə yanaşı, paytaxt Bakıdan və bölgələrimizdən olan 6 klub təmsil edib.
Açılış mərasimində Milli Məclisin deputatı Aydın Hüseynov, Xalq artisti Təranə Muradova, vətənpərvərlik ruhunda mahnıları ilə məşhur olan “Şeron” qrupu və şəhid anaları iştirak edib.
Yarışı giriş sözü ilə açan klubun direktoru Leyla Musayeva iştirakçıları və ölkəmizin qonaqlarını salamlayıb, onlara uğurlar diləyib.
L. Musayeva çıxışında bildirib ki, bu gün ölkəmizdə bədii gimnastikaya olan maraq günü-gündən artır. O, Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın ölkəmizdə bədii gimnastikanın inkişafına yönələn sonsuz diqqətindən söhbət açıb, idmançılarımıza göstərdiyi qayğıdan böyük minnətdarlıq hissi ilə danışıb.
“Sports box” klubunun fəaliyyətindən söz açan klubun direktoru Leyla xanım bildirib ki, məşqçi və gimnast heyəti qarşıdan gələn respublika əhəmiyyətli çempionatlarda iştirak etmək üçün var qüvvələri ilə çalışırlar. O, bu yarışlarda iştirak etmək hüququ qazanmaq üçün artıq avqust ayından Azərbaycan Gimnastika Federasiyasına və Azərbaycan Gənclər və İdman Nazirliyinə müraciət etdiklərini də vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:02 / 30.01.2023
Bakıda gimnastika üzrə beynəlxalq turnir keçirildi - FOTO
Hazırda oxunan: Bakıda gimnastika üzrə beynəlxalq turnir keçirildi - FOTO
Hazırda oxunan: Bakıda gimnastika üzrə beynəlxalq turnir keçirildi - FOTO
117333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.