Bakıda 4 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 17 nəfərin qeydiyyatda olduğu məlum olub. Ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.
Bizim.Media xəbər verir ki, bu problemlə Binəqədi rayonu, Xocəsən qəsəbə sakini Emin Hüseynov qarşılaşıb.
Onun sözlərinə görə, son dəfə 4-5 il əvvəl arayış alarkən yaşadığı Həmid Sultanov küçəsi ev 24-də yoldaşı, iki oğlu və özü qeydiyyatda olub. Amma bir neçə gün əvvəl öyrənib ki, onlardan başqa şəxslər də həmin evdə qeydiyyatdadırlar.
17 nəfərin necə və nə zaman qeydiyyata düşməsi haqqında ev sahibinin məlumatı yoxdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələyə münasibət bildirib və qeyd edib ki, fakt araşdırılır.
Ev sahibindən onu da öyrəndik ki, sözügedən qəsəbədə başqa ərazilərdə də Həmid Sultanov küçəsi var.
Ola bilər ki, həmin ünvanlarla Emin Hüseynovun yaşadığı mənzilin ünvanı texniki baxımdan səhv düşüb. Hər halda bu məsələ araşdırılıb, vətəndaşın evində olan əlavə 17 nəfər qeydiyyatdan çıxarılacaq.
Ətraflı Xəzər televiziyasının hazırladığı reportajda:
Bizim.Media